ayətullah xamenei - Səhifə 4

IQNA

İQNA – Özbəkistan prezidenti dərin qəlbi təssüf hissi ilə İnqilabın şəhid Rəhbərinin şəhadəti münasibətilə İran prezidenti və xalqına başsağlığı verib.
Xəbər sayı: 3499855   Nəşr tarixi : 2026/03/04

İQNA – Şeyx Əkrəm Əl-Kəbi deyib: “Mövlamız İmam Zamanın (ə.f) naibi şəhid Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətini o Həzrətə, İslam ümmətinə və dünyanın azad ruhlu insanlarına dərin hüznlə başsağlığı veririk”.
Xəbər sayı: 3499854   Nəşr tarixi : 2026/03/04

İQNA – Rusiya prezidenti Putin, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibəti ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana başsağlığı mesajı göndərib.
Xəbər sayı: 3499852   Nəşr tarixi : 2026/03/02

İQNA – Ayətullahahul-üzma Sistani İnqilab Rəhbərinin şəhadəti ilə bağlı başsağlığı verib və deyib: “Düşmənlər o cənabı şəhid etməklə və geniş hərbi təcavüzlə əziz İrana zərbə vurmaq istəyir”.
Xəbər sayı: 3499851   Nəşr tarixi : 2026/03/02

İQNA – Milli Ali Təhlükəsizlik Şurası bildirdi: İnqılabın Əziz Rəhbəri Amerika və sionist rejimin müqəddəs İran torpaqlarına təcavüzü nəticəsində şəhid oldu.
Xəbər sayı: 3499850   Nəşr tarixi : 2026/03/01

İranın Diyə Qurumunun (Diyə Fondu) 39-cu Qolrizan bayramının keçirilməsi ərəfəsində
İQNA – İranın Diyə Qurumunun 39-cu Qolrizan mərasiminin keçirilməsi ərəfəsində, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu xeyirxah iş üçün əlli milyard rial məbləğində yardım ayırıblar.
Xəbər sayı: 3499794   Nəşr tarixi : 2026/02/21

İQNA – İraq Əşirələrinin Dəstək Cəbhəsinin ilk toplantısında tayfa şeyxləri Vəliyyi‑Fəqihə və müqavimətə dəstək ifadə etdilər.
Xəbər sayı: 3499770   Nəşr tarixi : 2026/02/18

İQNA – İslam İnqilabının Ali Rəhbəri ABŞ-ın təhdidlərinə cavab olaraq dedi: ABŞ Prezidenti dəfələrlə deyir ki, ordumuz dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusuna bəzən elə şillə vurula bilər ki, ayağa qalxa bilməz. Onlar daim deyirlər ki, biz İrana gəmi göndərmişik. Əlbəttə ki, gəmi təhlükəlidir, amma gəmidən daha təhlükəlisi bu gəmini dənizin dibinə batıra biləcək silahdır.
Xəbər sayı: 3499766   Nəşr tarixi : 2026/02/18

Ayətullahül-uzma Seyyid Əli Xameneinin 22 Bəhməndə İran xalqının böyük işinə görə təşəkkür mesajı:
İQNA – Ali Rəhbər 22 Bəhmən günündə İran xalqının böyük işinə görə təşəkkürünü bildirən video-müraciət yayımladı və buyurdu: “Hamımız çalışaq ki, bu çox dəyərli və qiymətli olan milli bağlılığı və birliyi qoruyaq”.
Xəbər sayı: 3499739   Nəşr tarixi : 2026/02/13

İQNA – İnqilab Rəhbəri bugünkü çıxışında qeyd edib: “Amerika bilməlidir ki, əgər müharibə başlayarsa, bu dəfə regional müharibə olacaq”.
Xəbər sayı: 3499667   Nəşr tarixi : 2026/02/01

İQNA – İslam İnqilabının qələbəsinin qırx yeddinci ildönümü ərəfəsində Ali Məqamlı Rəhbər bu səhər Mərhum İmam Xomeyninin (r) məzarında iştirak edərək, Fatihə oxumaqla İslam Respublikasının banisinin əzəmətli məqamına hörmət göstərib.
Xəbər sayı: 3499659   Nəşr tarixi : 2026/01/31

İQNA – Bəhreyn şiələrinin rəhbəri çıxışında xəbərdarlıq etdi ki, Amerika prezidentinin siyasəti hökmranlıq və maddi gücdən istifadəyə əsaslanaraq dünya sülhü və təhlükəsizliyini ciddi təhdid edir. Qarşılığında isə milyonlarla iranlı İslam Respublikasının rəhbərinə dəstəyi ilə öz ölkəsinin müstəqilliyini və təhlükəsizliyini müdafiə edir.
Xəbər sayı: 3499645   Nəşr tarixi : 2026/01/28

İQNA – Livan Hizbullahının baş katibi, livanlıların İranla həmrəylik mərasimində çıxış edərək vurğuladı ki, ABŞ prezidenti tərəfindən İmam Xameneiyə yönələn təhdid, onun onlarla milyon tərəfdarının hədəfə alınması deməkdir; Trampın və ya başqalarının İmam Xameneiyə təhdidlərinə qarşı susa bilmərik və bütün tədbirlərimiz və imkanlarımızla təhdidə qarşı çıxacağıq.
Xəbər sayı: 3499638   Nəşr tarixi : 2026/01/27

İQNA – Livan Hizbullahının parlament fraksiyası, Ali Rəhbər Xameneini dünya miqyaslı hakimiyyətə qarşı mübarizədə məzlum millətlər üçün ümidverici bir amil olaraq təsvir edərək bəyan etmişdir ki, Amerikanın Ali Rəhbərin həyatına yönəlmiş təhdidi bütün regionu alovlandırar.
Xəbər sayı: 3499620   Nəşr tarixi : 2026/01/25

İQNA – Bəhreynli ruhani Şeyx Abdullah Əd-Dəqqaq xəbərdarlıq edib ki, Ali Məqamlı Rəhbərə qarşı hər növ təhdid təhlükəli, gözlənilməz nəticələrə səbəb olar.
Xəbər sayı: 3499615   Nəşr tarixi : 2026/01/24

İQNA - İslam aləminin alimləri və ziyalıları bir bəyanat yayaraq, yaxın zamandakı fitnə zamanı İran İslam Respublikasını və Əziz İnqilab Liderini dəstəklədilər, Donald Trumpın və Netanyahunun düşmən elan edilməsi və Əziz Rəhbərliyin təhdid edilməsinə qarşı xəbərdarlıq hökmü verdilər.
Xəbər sayı: 3499594   Nəşr tarixi : 2026/01/20

İQNA – Bugünkü dünyada beynəlxalq münasibətlər hər zamankindən daha çox dominant güclərin təsiri və ədalətsiz qlobal nizamın hökmranlığı altındadır. İran İslam Respublikası dini dəyərlərə, milli kimliyə və daxili imkanlara söykənərək bu hegemon sistemlə üzləşməkdə özünəməxsus bir yanaşma ortaya qoymuşdur. Həzrət Ayətullah Xameneinin mesajı bu strateji yanaşmanın əks-sədasıdır ki, regional böhranların fövqündə dayanaraq uzunmüddətli və qlobal ədalətə əsaslanan bir baxış bucağını təsvir edir.
Xəbər sayı: 3499490   Nəşr tarixi : 2025/12/28

Həzrət Ayətullahul-uzma Xamenei minlərlə qadın və qızla görüşdə:
İQNA - Həzrət Ayətullahul-uzma Xamenei Qərbin öz yanlış mədəniyyətini dünyaya ixrac etməkdə israrına işarə edərək əlavə edib: “Onlar iddia edirlər ki, qadın üçün müəyyən məhdudiyyətlər – o cümlədən hicab – onun inkişafına mane olacaq. Lakin İslam Respublikası bu yanlış məntiqi puç etdi və göstərdi ki, müsəlman qadın, islami örtüyə riayət etməklə bütün sahələrdə digərlərindən daha çox hərəkət edə və rol oynaya bilər.
Xəbər sayı: 3499340   Nəşr tarixi : 2025/12/05

İQNA - Ali Rəhbər Ayətullahul-üzma Xameneinin 27 noyabr, cümə axşamı axşam saatlarında İran və regiondakı hadisələrlə bağlı səsləndirdiyi bəyanatlar dünyanın müxtəlif media orqanlarında geniş əks-səda doğurub.
Xəbər sayı: 3499298   Nəşr tarixi : 2025/11/28

İslam İnqilabının Ali Rəhbəri minlərlə şagird və tələbə ilə görüşdə buyurdu:
İQNA - Ali Rəhbər (13 Aban – Şagirdlər Günü və Dünya İmperializminə Qarşı Mübarizə Günü ərəfəsində) minlərlə şagird və tələbə ilə görüşündə Amerikanın İran xalqına qarşı düşmənçiliyinin tarixini izah edərək vurğuladı: “İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf mahiyyətcədir və yalnız Amerikanın lənətlənmiş sionist rejimə verdiyi dəstəyi tamamilə kəsdiyi, hərbi bazalarını bölgədən çıxardığı və region işlərinə qarışmadığı zaman, Amerikanın İranla əməkdaşlıq təklifi yaxın gələcəkdə yox, daha uzaq gələcəkdə nəzərdən keçirilə bilər”.
Xəbər sayı: 3499150   Nəşr tarixi : 2025/11/04