qəzzə zolağı - Səhifə 10

IQNA

İQNA - İranın Meksika və Avstraliyadakı keçmiş səfiri builki Həcc ziyarətində sionist rejimin cinayətlərinə qarşı ikrah və nifrət ifadə edərək, böyük institusional nifrət nümayiş etdirilməsinə toxunaraq dedi: "Builki Həcc ziyarətində keçmişdə Amerikadan güclü şəkildə asılı olan və müşriklərdən bəraət etmək (nifrət bildirmək) fəryadının qarşısını almağa çalışan hökumətlər və dövlətlər bu məsələdən müəyyən qədər geri çəkilmiş və bu mərasimin möhtəşəm keçirilməsi üçün zəmin hazırdır".
Xəbər sayı: 3495956   Nəşr tarixi : 2024/05/16

İQNA – İşğal altındakı İordan çayının qərb sahilindəki mülki yəhudi işğalçılar, İsrailin aylardır davam edən bombardmanları ilə yanaşı, aclıqla da mübarizə aparan Qəzza zolağına gedən yardım maşınlarını dayandırıb və ləvazimatları yola töküblər.
Xəbər sayı: 3495951   Nəşr tarixi : 2024/05/15

İQNA - Tələbələrin başlatdığı aclıq aksiyasında akademiklər öz yerini tutub. Onlar universitetdən İsraillə əlaqələri kəsməyi istəyiblər.
Xəbər sayı: 3495950   Nəşr tarixi : 2024/05/15

İQNA - Mayın 13-də səhər saatlarında iranlı zəvvarların builki ilk qrupu (əvvəl Mədinəyə gedən zəvvarlar) İmam Xomeyni (r.ə) hava limanından Vəhy diyarına yola düşüblər.
Xəbər sayı: 3495947   Nəşr tarixi : 2024/05/14

İQNA - Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal Qəzza zolağının cənubundakı Rəfah şəhərində sionist İsrailin məcburi köçkünlükləri ilə bağlı "heç vaxt belə şokedici vəhşilik görmədiyini" deyib.
Xəbər sayı: 3495945   Nəşr tarixi : 2024/05/14

İQNA – Sionist rejim Fələstin xalqına dəstək məqsədilə İspaniyanın paytaxtında yerləşən muzeylərdən birində keçirilən proqrama reaksiya verib.
Xəbər sayı: 3495936   Nəşr tarixi : 2024/05/13

İQNA – Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, mülki vətəndaşların Rafahda təhlükəli ərazilərə getməyə məcbur edilməsi “qəbuledilməzdir”.
Xəbər sayı: 3495935   Nəşr tarixi : 2024/05/13

İQNA - Qəzzanın ən böyük tibb müəssisəsi olan Şifa xəstəxanasının ərazisində üçüncü kütləvi məzarlıq tapılıb. Səhiyyə işçiləri tərəfindən tapılan kütləvi məzarlıqdan 49 fələstinlinin cəsədinin çıxarıldığı bildirilib.
Xəbər sayı: 3495921   Nəşr tarixi : 2024/05/10

İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Həmas"ın bizim təkliflərimizlə atəşkəsi qəbul etdiyini bildirməsinə sevindik. İndi eyni addımı İsrail də atmalıdır" dedi.
Xəbər sayı: 3495909   Nəşr tarixi : 2024/05/08

İQNA – İsveçrənin Lozanna Universitetində yüzlərlə insan növbəti dəfə Fələstinə dəstək nümayişi keçirib.
Xəbər sayı: 3495903   Nəşr tarixi : 2024/05/07

İQNA – Sionist rejim ordusunun Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “Həmas tərəfindən hərbi komandanlıq mərkəzi kimi istifadə etdiyi” iddiası ilə Qəzzada yerləşən binasını bombaladığı bildirilib.
Xəbər sayı: 3495902   Nəşr tarixi : 2024/05/07

İQNA – Sionist rejim qüvvələri Dohada yerləşən Əl-Cəzirə televiziyasının İsraildə yayımlarını dayandırmaq, ofislərini bağlamaq və avadanlıqlarını müsadirə etmək qərarına gəliblər.
Xəbər sayı: 3495899   Nəşr tarixi : 2024/05/06

İQNA – Yəmən əyalətlərində milyonlarla yəmənli Fələstin xalqına və onların müqavimətinə dəstək olmaq üçün küçələrə çıxıb.
Xəbər sayı: 3495882   Nəşr tarixi : 2024/05/04

İQNA – Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bildirib ki, may ayının sonuna qədər bir çox Avropa İttifaqı ölkəsi Fələstin dövlətini tanıyacaq.
Xəbər sayı: 3495876   Nəşr tarixi : 2024/05/03

İQNA - Qəzzada işğal hücumunun başladığı gündən bu yana şəhidlərin sayı 34 min 488, yaralıların sayı isə 77 min 643-ə yüksəlib.
Xəbər sayı: 3495859   Nəşr tarixi : 2024/04/30

İQNA - Qəzza zolağının cənubundakı Rəfah şəhərinə sığınan bir fələstinli, yaşadıqları çadırların üzərinə yazdığı yazılarla Qəzzaya dəstək verən ABŞ-dakı tələbələrə təşəkkür edib.
Xəbər sayı: 3495855   Nəşr tarixi : 2024/04/29

İQNA - Oman müftisi Qəzza xalqına dəstək verən Amerika və Avropa universitet tələbələrinin etiraz aksiyasını yüksək qiymətləndirib.
Xəbər sayı: 3495853   Nəşr tarixi : 2024/04/29

İQNA – Ərəb ölkələri Ər-Riyadda keçirdikləri toplantıda 7 oktyabr 2023-cü ildən İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs çağırışlarını təkrarlayıb.
Xəbər sayı: 3495851   Nəşr tarixi : 2024/04/29

İQNA - ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində başlayan Fələstin tərəfdarı etirazlar ölkənin bir çox nüfuzlu universitetlərinə də sirayət edib.
Xəbər sayı: 3495841   Nəşr tarixi : 2024/04/27

İQNA - Sionist rejim ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında son 24 saatda şəhidlərin sayı 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb.
Xəbər sayı: 3495840   Nəşr tarixi : 2024/04/27