کد خبر: 1293485
تاریخ انتشار : ۰۳ مهر ۱۳۹۲ - ۰۸:۱۷

Qurani-Kərimin terminləri və konsepsiyalarının yeni ensiklopediyası çap edildi

Qurani-Kərimin termin və konsepsiyalarını ehtiva edən yeni ensiklopediya - "Əl-Miftah əl-Came Limustəlahatil-Quran və məfahimuhu" – Ərəb dilində çap edildi.



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Quran Maarif və Mədəniyyəti Mərkəzi"nin rəsmi saytına istinadən verdiyi xəbərə görə Qurani-Kərimin termin və konsepsiyalarını ehtiva edən yeni ensiklopediya - "Əl-Miftah əl-Came Limustəlahatil-Quran və məfahimuhu" – Ərəb dilində çap edildi.


Bu ensiklopediya farsca 23 cilddə olan və "İslam Elmləri və Mədəniyyəti Tədqiqat Mərkəzi"nin tərəfində hazırlanmış "Quran Ensiklopediyası"nın tərcüməsidir.


İndiyədək farsca olan bu ensiklopediyanın 2 cildi "Əl-Miftah əl-Came Limustəlahatil-Quran və məfahimuhu" adı ilə Ərəb dilində çap edilmişdir. Ensiklopediyanın ərəbcə tərcüməsi 16 cild olacaqdır.


Qeyd edək ki, birinci cild 840 və ikinci cild 1040 səhifədə çap edilmişdir.



1293075

captcha