IQNA

Moskvada Məhdəviyyət ongünlüyü mərasimlərinə hazırlıq

10:53 - July 17, 2010
Xəbər sayı: 1956805
Beynəlxalq sektor: Rusiya paytaxtında şiə qurumları nümayəndələrinin iştirakı ilə Məhədəviyyət ongünlüyü mərasimlərinin proqramlarını müzakirə məqsədi ilə toplantı keçirilir.
İQNA İran Quran xəbər agentliyi xəbər verir ki, yığıncaq ötən gün Moskvada baş tutub. Moskvadakı şiə cəmiyyətlərinin, Dağıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan nümayəndələrinin qatıldığı yığıncaqda Məhdəviyyət mövzusunun bəşəri müstəviyə çıxarılması yolları, onun sülh və sabitliyə verəcəyi töhfələr müzakirə edilib. Məclisdə İraq alimlərindən olan Əhməd Bəhrülulum çıxış edib. Alim Məhdəviyyət mövzusu ilə bağlı Quran ayələrini yada salaraq mövzunun əhəmiyyətiniu vurğulayıb. Hazırda Moskva şiələrinin peyk anteni ilə yayımlanan teleşəbəkəsi var və hazırkı mövzu həmin şəbəkə də geniş işıqlandırılır.

615336
captcha