IQNA

Əfqanıstanda "Salam Fələstin" adında sərgi təşkil olunub

12:58 - October 07, 2010
Xəbər sayı: 2008220
Mədəniyyət və incəsənət şöbəsi: "Məhəmməd Əl-Durə"-nin şəhid olmasının il dönümü və Fələstin uşaqları ilə həmrəylik həftəsi ərəfəsində İranın mədəniyyət mərkəzinin nümayəndəsi Məhəmməd Əli Rizvaninejad Əfqanıstanın Herat şəhərində "Salam Fələstin" adında sərgi təşkil edib.
İQNA Quran agentliyinin İslami Əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumatına əsasən, sərgidə müxtəlif məktəblərdən "Çiçəklənmə" layihəsi çərçivəsində toplanmış 100 dən çox əsər nümayiş etdirilir.
Herat şəhərinin müxtəlif məktəblərinin şagirdləri öz rəsmlərində İsrailin Fələstin xalqına hücumlarını, Fələstinlilərin daşla mübarizəsini, sionistlərə mübarizədə uşaqların öz valideynləri ilə çiyin-çiyinə vuruşması, Fələstin xalqının Qüdsü müdafiə etməsi çəkiblər.
Sərgi hər gün saat 9-dan 16-yə kimi məktəb şagirdləri üçün fəaliyyət göstərir. 669510
captcha