İQNA Quran agentliyi Kuveytin dövlət agentliyinə istinadən məlumat verir ki, sərginin açılış mərasimində Kuveyt İslami sənət əsərləri mərkəzinin rəhbəri Həssə Əl-Salem Əl-Sabah, Kuveytin İtalyadakı səfiri Cabir Dəic Əl-İbrahim Əl-Səbah, İtalyanın Milan şəhərinin icra başçısı, Kuveytin neft və rabitə naziri, İtalyanın Kuveytdəki səfiri və İtalyada fəaliyyət göstərən digər müsəlman ölkələrin diplomatic korpus nümayəndələri və ziyalılar iştirak ediblər.
Sərgidə əlyazmalar, İslami sənət əsərləri, İslami əl işləri sənayesi sərgilənib. Sərginin təşkilindən məqsəd İslam mədəniyyətinin dəyərlərinin Qərb ölkələrində tanıdılmasıdır. Bu sərgi 2011-ci ilin fevral ayında qədər Milan şəhərində davam edəcək. Sərgidə göstərilən sənət əsərləri Milan şəhərindən sonra bəzi digər Qərb ölkələrində də sərgilənəcək.
678920