IQNA

Banqladeşin paytaxtı Dakkada "İmam Əli (ə); elm və mərifət nümunəsi" adlı seminar keçiriləcək

9:01 - November 24, 2010
Xəbər sayı: 2037072
Mədəniyyət və incəsənət şöbəsi: Banqladeşin paytaxtı Dakkada İranın mədəniyyət mərkəzinin ofisində "İmam Əli (ə); elm və mərifət nümunəsi" adlı seminar keçiriləcək. Seminarda Banqladeşin əmək və əhalinin sosial müdafiəsi naziri Ənam Əlhəqq Mustafa Şəhid də iştirak edəcək.
İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, seminar noyabrın 26-da Qədir Xum münasibəti ilə keçiriləcək. Seminarda Banqladeşin əmək və əhalinin sosial müdafiəsi naziri Ənam Əlhəqq Mustafa Şəhiddən başqa İranın Banqladeşdəki səfiri Əminyan Tusi, Banqladeş məscidinin imamı Səlahəddin, Dakka universitetinin professoru Seyid Ənvər Hüseyin , Deyili sun qəzetinin baş redaktoru və Qum şəhər universitetinin elmi heyətin üzvi Mustafa Fəzaili iştirak edəcəklər.
Seminarda Mustafa Zaman Abbasinin başçılıq etdiyi ənənəvi musiqi qrupu Həzrət Əli (ə) şənində mədihələr oxuyacaqlar.
Seminar çərçivəsində filim nümayiş olunacaq, islami xəttatlıq nümunələri sərgilənəcək, Ayətullah Cəfər Sübhaninin "Vilayət Günəşi" adlı kitabının Banqladeş dilində tərcüməsinin təqdimatı keçiriləcək. 700874
captcha