IQNA

Müsəlman Tələbələrin Beynəlxalq Quran müsabiqəsinin proqramı açıqlanacaq

23:36 - December 28, 2010
Xəbər sayı: 2055185
Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin proqramının açıqlanması məqsədi ilə 2011-ci il yanvar ayının 1-də “Cahad-e Daneşqahi” təşkilatının sədri Məhəmməd Hüseyn Yadiqari və Xorasan-e Rəzəvi əyalət başçısı Mahmud Səlahinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin katibi İsa Əlizadə İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, mətbuat knfransı yanvarın 1-i səhər saat 10-da Cahad-e Daneşqahi təşkilatının mərkəzi ofisində keçiriləcək.
Mətbuat konfransında müsabiqənin proqramları açıqlanacaq. Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsi İran Tələbələrini Quran fəaliyyətləri təşkilatı və Xorasan-e Rəzəvi əyalətinin icra başçılığının dəstəyi ilə yanvarın 9-12-də Məşhəd şəhərində keçiriləcək. Bu müsabiqələr hər iki ildən bir keçirilir. Bu dövr müsabiqədə dünyanın 40 ölkəsindən müsəlman tələbələr iştirak edir. 720010
captcha