IQNA

London universitetində Quranın əzbərləmə qaydaları öyrəniləcək

19:34 - April 03, 2011
Xəbər sayı: 2099934
Beynəlxalq şöbə: Londonun İncəsənət Universitetində aprelin 16-da Quranın əzbər oxuma qaydalarının öyrənilməsi məqsədi ilə kurs təşkil olunacaq.
İQNA Quran agentliyinin IIDR saytına istinadən məlumat verir ki, Britaniyanın Quran Araşdırmaları Akademiyasının (BAQS) təşkilatçılğı ilə London İncəsənət Universitetində təşk olunacaq kursda Quranın əzbərləmə qaydalarının öyrənilməsi ilə yanaşı Quranın əzbərləməsi üçün iştirakçılarda marağın artırılması, proqramlaşma və zehnin gücləndirilməsi üçün yollar öyrədiləcək.
Kursda dərsləri Əl-Əzhər Universiteti və Əl-Cəzair Universitetinin İslami Elmlər və Quran müəllimi 9 yaşından Quran hafizi olmuş Şeyx Zəkəriyya Əl-Sədiqi tədris edəcək.
BAQS Quran araşdırmaları mərkəzidir və hər ay davamlı şəkildə Britaniyanın müxtəlif şəhərlərində Quran dərsləri və seminarlar təşkil edir. İndiyədək bu akademiya Yusif, Məryəm, Vaqiə, Yasin, Hücərat, Loğman, Hədid, Qəsəs və digər surələrin təfsir dərslərini təşkil edib. 767803
captcha