IQNA

Bəhreyn xalq qiyamını müdafiə etmək dini bir vəzifədir

18:37 - June 18, 2011
Xəbər sayı: 2140107
Beynəlxalq bölüm: Bəhreynin şiə alimlərinin şurası bugün-xordadın 27-si proklomasiyanın sədrliyi ilə elan verdi: Bu məclis habelə Bəhreyn xalqını müdafiə edir və himayəni bu ölkənin inqilabçı millətinin hüquqlarının qorunması üçün dini bir vəzifə hesab edir.
İranın Quran agentliyinin hesabatına əsasən, Bəhreynin şiə alimlərinin şurası bu bəyannamədə elan etdi: Bu şuranın Bəhreyn xalq qiyamını müdafiə etməsi və onun təhlükəsizliyinin qorunması bu ölkənin sabitlik və inkişafına öz təsirini göstərəcək.
Bu bəyannamədə həmçinin qeyd olunmuşdur ki, Bəhreynin şiə alimlərinin şurası dini şura olduğuna görə, siyasi baxımdan fəaliyyət göstərmir, amma Bəhreyndə baş verən siyasi həqiqətlərdən və xalq hərəkatından kənarda qalmır.
Bəhreynin şiə alimləri şurası bu bəyannamədə bildirdi: Bu Şura Bəhreyn cəmiyyətinin bir hissəsidir və öz dini öhdəliklərinə əsasən gərək ictimai məsələlər qarşısında müxtəlif baxımdan öz fikrini bildirsin. Bəyannamənin sonunda xüsusilə qeyd olunmuşdur ki, Bəhreynin şiə alimləri Şurası öz islami mövqeləri çərçivəsində milli və dini məqsədləri üçün çalışır.
809994
captcha