IQNA

Zaman dəyişikliklərinə dinin tətbiq olunması “Mizan” təfsirinin əsas xüsusiyyətlərindəndir

14:39 - August 18, 2011
Xəbər sayı: 2173147
Elm və düşüncə şöbəsi: İ.İ.R-nın İndoneziyadakı Mədəniyyət Mərkəzinin rəhbəri “Əllamə Təbatəbainin Mizan əsərində təfsir üsulu” mövzusunda keçirilən seminarda deyib: “Zaman dəyişikliklərinə dinin tətbiq olunması “Mizan” təfsirinin əsas xüsusiyyətlərindəndir.”
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsindən verilən xəbərə görə, İ.İ.R-nın İndoneziyadakı Mədəniyyət Mərkəzinin rəhbəri Muhəmmədəli Rəbbani həmçinin “Mizan” təfsirinin xüsusiyyətlərini və üsullarını da bəyan edib.
O, çıxışında deyib: ” Əllamə Təbatəbai 23 il ərzində böyük zəhmətlər çəkərək İslam dünyasına bu böyük təfs kitabını bəxş edib. Bu əsər müasir insanın ehtiyac və şəraitinə münasib, həmçinin elmi əsaslara arxalanan dəyərli bir mənbədir.”
M. Rəbbani Təbatəbainin bu əsərdə rəvayət və sair tarixi mənbələrdən istifadə etdiyi kimi eyni halda Quranı Quranla təfsir etmək üsulundan da məharətlə istifadə edib, əlavə olaraq özünün dərin fəlsəfi baxışlarını da bu yöndə sərf etmişdir.
Qeyd edək ki, seminar İ.İ.R-nın İndoneziyadakı Mədəniyyət Mərkəzinin və İndoneziya İslam Universitetinin həmkarlığı ilə reallaşıb. 845224
captcha