Elm və düşüncə şöbəsi: Hüccətul-İslam Ərafi İraq Ali təhsil Təşkilatı naziri ilə görüşündə iraqlı və iranlı araşdırmaçıların və elm adamlarının, xüsusilə İslam elmlərində birlikdə işlərinin zəruri olduğunu vurğulayıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Mustəfa (s) Universitetinin rektoru Əli Rza Ərafi sentyabrın 4-də baş tutan görüşdə bildirib ki, universitetdə 110 ölkədən xarici şagirdin təhsil alması təhsil səviyyəsinin yüksək olduğunu göstərir və bu yolda Əhlibeyt (ə) məktəbinə xidmət qürurvericidir.
Ərafi “Mustəfa (s)” universitetində minlərlə alimin təhsil almış olduğunu və indi də onların təhsili davam etdirməsini ifadə edərək bu alimlərin içində yüzlərlə iraqlı olduğunu deyib. 855070