IQNA

Əfqanıstan Ali Sülh Şurasının başçısı şəhid edildi

16:28 - September 22, 2011
Xəbər sayı: 2191917
Beynəlxalq şöbə: Əfqanıstan Ali Sülh Şurasının başçısı və keçmiş dövlət başçısı Bürhanəddin Rəbbani sentyabrın 20-də Kabuldakı evinə təşkil edilən bombalı hücum nəticəsində şəhid edilib.


İqna Quran Xəbər Agentliyi (İQNA): Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Taliban hərəkatına məxsus sui-qəsdçi əmmaməsində yerləşdirdiyi bombanı Bürhanəddin Rəbbaniylə görüşən zaman partladaraq onu şəhid etmişdir.
Bu terror aktının məsuliyyətini Taliban öz öhdəsinə götürüb. Bombalı hücumun reallaşdığı Kabul şəhərində Əfqanıstan təhlükəsizlik gücləri tərəfindən geniş təhlükəsizlik tədbirləri alınaraq şəhərə nəqliyyat vasitələrinin girişi qadağan edilib.
Xatırladaq ki, bu həftənin əvvəlində təşkil edilən İslami Oyanış yığıncağına qatılan Əfqanıstan Ali Sülh Şurasının başçısı Bürhanəddin Rəbbani Tehran səfərindən döndükdən bir gün sonra şəhid edilib. 864942
captcha