İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu festival İslam mədəni əlaqələr təşkilatının “Şəhid Rəhimi” adlı ictimaiyyət salonunda saat 10:30-da keçiriləcək.
İslam mədəni əlaqələr təşkilatının rəhbəri Muhəmməd Bağır Xorrəmşah, bu təşkilatın mədəniyyət katibi Əli Əsgəri, həmçinin “İslam dirçəliş dünyasının mükafatı” festivalının baş katibi və bir çox şura üzvləri və siyasətçilər iştirak edəcəklər.
Bu iclasın ən böyük mükafatı dünya standartlarına əsasən 10 min yevro nəzərdə tutulmuşdur. Festivalın qabaqcıl şəxslərinə 2500 yevro veriləcək. Həmçinin əsərləri nümayiş etdirilən bütün iştirakçılara şirkətin sertifikatı və festivalın kitabı hədiyyə veriləcək. 887869