IQNA

Fransada ilk müsəlman qəbiristanlığı açılır

9:06 - January 10, 2012
Xəbər sayı: 2254398
Beynəlxalq şöbə: Müsəlmanlara xas olan ilk qəbiristanlıq cari il bəhmən ayının 17-dən Fransanın Strazburg şəhərində açılacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): «lalsace» xəbər bürosunun məlumatına əsasən, 1,5 hektar ərazini əhatə edən bu müsəlman qəbiristanlığına 800 min euroya yaxın xərc çəkilmişdir.
Həmçinin bu məkan namazxana, qadın və kişilərə məxsus dəstəmazxana, taxta və dəmir stollarla təchiz olunmuşdur və ətrafında sərv, şam ağacları əkilmişdir.
Qeyd olunmalıdır ki, Fransanın müxtəlif şəhərlərində mövcud olan bir sıra qəbiristanlıqların bir hissəsi müsəlmanlara məxsusdur, amma Strazburg islam qəbiristanlığı islam üsul-qaydalarına riayət olunmaqla müsəlmanlara məxsus olan bir məkandır. 930922
captcha