IQNA

Yeni Dehlidə ilk fars dili olimpiadası keçiriləcək

19:17 - January 18, 2012
Xəbər sayı: 2259516
Mədəniyyət və incəsənət şöbəsi: Yeni Dehlidə İran İslam Respublikasının mədəniyyət mərkəzi tərəfindən dey ayının 28-i ilk fars dili olimpiadası keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu olimpiada dey ayının 28-i və dey ayının 30-da İİR-nın Dehlidəki mədəniyyət mərkəzində keçiriləcək.
İİR-nın Dehlidəki mədəniyyət mərkəzinin nümayəndəsi Əli Dehqahi bu haqda dedi: İlk fars dili olimpiadası bütün Hindistanın doktor səviyyəli tələbələri üçün keçirilir. Bütün fars şöbələri ilə məktublaşma nəticəsində məlum oldu ki, hər universitetdən 2-3 tələbə iştirak edəcək.
Dehqahi dedi: Tələbələrə məxsus fars dili olimpiadasından əlavə, “Hindistanda fars dilinin vəziyyəti” adlı xüsusi iclasın da keçirilməsi nəzərdə tutulub.
Müxtəlif şəhərlərin təxminən 20 eksperti və Yeni Dehlinin 15 məşhur müəlliminin bu proqramda iştirak etməsi təklif olunur. 936165
captcha