İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran, Misr, Banqladeş və digər ölkələrdən olan Quran Hafizlərinin iştirakı ilə dünən səhər (01, 01, 2015), cüməaxşamı günü, Quran hifzi üzrə yarışların birinci mərhələsi Tehranın "milad" qülləsində keçirildi.
Bu yarışlarda İran, Misr və Banqladeşdən olan iştirakçılar arasında çox yaxın rəqabət müşahidə olundu.
Yarışlarda Əfqanıstandan Seyid Sadiq Ehsani, İrandan Məhəmməd Cavad Məhəmmədi, İndoneziyadan Əbdürrəşid Siddiq, Sumalidən Ömər Əli Mahmud, Tanzaniyadan Sami Ömər Çivaka və həmçinin Uqanda, Pakistan, Hindistan, Serbistan, Miyanmar, Tacikistan, Bosniya, Suriya, Misr, İraq, Bronei, Cənubi Afrika, Mavritaniya, Filippin, Malaziya, Zambiya, Nigeriya, Mərkəzi Afrika, Livan və Ərəbistandan olan Quran hafizləri iştirak etdilər.