IQNA

Əhl-Sünnə alimi:

Əqidəsi İmam Xomeyni (r.ə) əqidəsi olan bir fələstinliyəm!

8:13 - March 01, 2015
Xəbər sayı: 2912010
"Nəbə" müxbirlər dərnəyi / İlahə Dehqani: Suriyada yaşayan fələstinli sünni alimi Doktor Abddulla Muhəmməd bizimlə müsahibəsində dedi: "Milliyyətcə fələstinliyəm, Suriyada yaşayıram, amma məsləkim və əqidəm İmam Xomeyni (r.ə) əqidəsidir".


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Suriyada yaşayan fələstinli sünni alimi Doktor Abddulla Muhəmməd İranın Kaşan şəhərində keçirilən "Kaşan Tələbə və Təbliğçilərinin konfransı"nın haşiyəsində keçirilən görüşdə İQAN-nın nəzdində fəaliyyət göstərən "Nəbə" müxbirlər dərnəyinin müxbiri ilə müsahibəsi zamanı deyib: İmam Xomeyninin (r.ə) vücudunun bərəkəti və Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin həkimanə göstərişləri nəticəsində həmd olsun Allaha ki, İran tam təhlükəsizlik şəraitində yaşayır. Gərək bu nemətin qədrini daha çox bilək, çalışaq ki, Ali Rəhbərin bütün göstərişlərinə itaət edək. "Söz birliyi" və "Birlik sözü" ilə həqiqi İslamın bayrağını bütün dünyada dalğalandıraq.  



Bu sünni alimi vurğuladı: Sünni cameəsinin əsas problemlərindən biri də "rəhbər"in olmamasıdır. Əl-Əzhər alimləri bir şey deyir, Ərəbistan, Suriya və digər ölkələrin alimləri başqa bir şey deyirlər. Amma şükürlər olsun ki, şiə aləmində Ayətullah Xamenei var və o bir söz deyirsə, hamıdan əvvəl şiə aləminin müctəhidləri və təqlid mərcələri bir əsgər kimi bu sözə əməl edirlər.



Doktor Abdullah vurğuladı: İŞİD və ən-Nüsrə terrorist qruplaşmalarının ünsürləri mənə mesaj göndərdilər ki, əgər "Fələstin Müqaviməti"ni himayə etməsən, sənə 10 milyon dollar pul verəcəyik, həmçinin istədiyin bir ölkədə sənin üçün yaşamaq şəraiti yaradacayıq. Amma onlar mənim "yox" cavabımı eşidəndə məni terror etmək üçün plan cızdılar ki, Allah şükür bu terrordan salamat qurtara bildim. 



O dedi: Əgər İmam Xomeyni (r.ə) yolunu getmək istəsək, gərək şüarımız "şücaət və qorxmazlıq" olsun!


captcha