İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “İNA”-ya (Beynəlxalq İslam Xəbər Agentliyi) istinadən verdiyi xəbərə görə, Danimarkanın paytaxtı Kopenhag şəhr məscidinin nəzdində fəaliyyət göstərən “İslam Mərkəzi” həftənin bazar günü, 16 avqust 2015-ci il tarixində səhər çağlarında naməlum şəxslər tərəfindən yandırıldı.
Bu qəsdən törədilmiş yanğın hadisəsindən İslam Mərkəzinin 40 nəfər işçsi vaxtında binadan təxliyə oluna bildikləri üçün hadisədə canlı insan tələfatı olmayıb.
Danimarka polisinin sözçüsünün dünən bu barədə dediklərinə görə, bu hadisəni törətməkdə şübhəli bilinən cinayətkar tutuqlanıb, onun 35 yaşı var, o öncədən də buna oxşar cinayətlər törədib və quldurluğa görə həbs olunubmuş.