IQNA

UNICEF:

Səudiyyəlilər Yəməndə 500-dən çox uşağı öldürdülər

0:22 - October 04, 2015
Xəbər sayı: 3378011
Beynəlxalq şöbə: Ərəbistan və müttəfiqlərinin ABŞ-ın dəstəyi ilə Yəmənə hücumundan 6 ay keçir. Bu müddət ərzində Yəməndə 505 nəfər uşaq öldürülüb və yaralı uşaqların sayı isə 702 nəfəri keçmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "RT" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, UNİCEF səudiyyələrilərin Yəməndə 500-dən çox uşağı öldürməsi barədə xəbəri yayaraq dedi: Yəməndə 1 milyon və 700 nəfər uşağın həyatı qeyri-sanitarik mühit və pis qidalanma nəticəsində ciddi faciə ilə üz-üzədir.



Xəbərdə deyilir ki, Ərəbistan və müttəfiqlərinin ABŞ-ın dəstəyi nəticəsində Mənsur Hadini qüdrətə qaytarmaq bəhanəsi ilə Yəmənə hücumundan 6 ay keçir. Bu müddət ərzində Yəməndə 505 nəfər uşaq öldürülüb və yaralı uşaqların sayı isə 702 nəfəri keçmişdir. Hazırda bu ölkədə  yaşı 5-dən az olan 1 milyon və 200 nəfər uşağın həyatı qeyri-sanitarik mühit və pis qidalanma nəticəsində ciddi faciə ilə üz-üzədir. Həmçinin 5 yaşdan aşağı 52 min nəfər uşaq isə çox çətin pis qidalanmadan əziyyət çəkirlər. Yəmənli uşaqların qidalanma vəziyyəti müharibədən öncə ilə müqayisədə 5 dəfə daha çox pisləşib.



Yəmən bütün yemək məhsullarının təkcə 10 %-nin ölkədə istehsalına qadir idi ki, bu da müharibədən sonra tamamilə məhv olub. Yaşı 18-dən aşağı olan 10 milyon yəmənli uşağın hazırda humanitar yardımlara ehtiyacı vardır. Ərəbistanın bu ölkənin elm ocaqlarına qarşı həyata keçirdiyi 41 hava hücumu nəticəsində 2 milyon uşaq təhsildən məhrum olmuşdur. Onların evləri, məktəbləri və universitetləri dağıdılıb. Tibb və qida baxımından ciddi ölüm təhlükəsi ilə üz-üzədirlər.



http://iqna.ir/fa/News/3377931



  

Teqlər: unİcef ، yəmən ، ərəbistan ، humanitar
captcha