IQNA- Polis Əbülfəz Bünyadovun evinə gəlib və olaylar bundan sonra baş verib. Hadisə zamanı 6 nəfərin öldürüldüyü bildirilir. Rəsmi məlumatlara görə, ölənlərin ikisi polis əməkdaşıdır. Yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə dünən təxminən saat 13.00 radələrində qeydə alınıb.
Nardaran olayından sonra digər ruhani Zülfüqar Mikayılzadə də saxlanılıb. Onun evində axtarış aparılıb. Bu haqda ətraflı məlumat verəcəyik.