IQNA

Əl-Qaidə Yəməndə şiələrin tarixi məscidini dağıtdı

11:34 - December 02, 2015
Xəbər sayı: 3459356
Beynəlxalq şöbə: Əl-Qaidə terror təşkilatının ünsürləri Yəməndə on iki imamçı şiələrin tarixi məscidini dağıtdılar. Əl-Xucə məscidi adı ilə tanınan bu məscid Yəmənin Ədən şəhərində yerləşir və 130 il bundan öncə tikilmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "RƏSA" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Yəmənin Ədən əyalətinin bəzi regionlarında nəzarəti ələ keçirmiş Əl-Qaidə terror təşkilatının ünsürləri Yəməndə əslən hindistanlı olan on iki imamçı şiələrin tarixi məscidini bulduzerlərdən istifadə edərək insanların və yerli vəzifəlilərin gözləri önündə dağıtdılar  və gözəl günbəzini yerlə yeksan etdilər.



Əl-Xucə adı ilə məşhur olan Hüseyni məscidi Yəmənin Ədən şəhərində yerləşir və 130 il bundan öncə özünə məxsus memarlıqla tikilmişdir. Bu məscid Kəritər şəhərinin İmam əl-Eydrus xiyabanında yerləşirdi.  



Bundan əlavə əl-Qaidə terrorist ünsürləri Ləhəc və Həzərmut əyalətlərində də tarixi məscidlərə hücum etmiş, günbəz, zərih və minarələri dağıtmışdılar.



3459333

Teqlər: yəmən ، şiə ، məscid ، terror
captcha