İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "daily beast" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bir müddət əvvəl, Amerikanın Corc Vaşinqton Universitetinin İslami Araşdırmalar Fakültəsinin müsəlman ustadlardan bir qrupu Seyyid Hüseyn Nəsrin rəhbərliyi ilə Quranı İngilis dilinə yeni tərcümə və təfsir etdilər ki, bu məsələ səudiyyələri vəhabilərin narahatçılıq və etirazına səbəb olmuşdur.
Farscaya "Şenaxte Quran" (Quranı anlamaq) adı ilə tərcümə olunan bu əsər "The Study Quran" adı ilə İngilis dilində 2000 səhifədə çap edilmişdir. Əsərdə Quranın dəqiq və səlis tərcüməsi ilə yanaşı müxtəlif ayələrin tarix boyunca özlərinə aldıqları müxtəlif məna çalarları da göstərilmişdir ki, oxucu ayəni daha dəqiq dərk edə bilsin.
Səudiyyəli vəhabiləri əsəbləşdirən isə onların neçə illərdir ki, Quranın tərcümə bazarına sahib olmaları və bu gün yeni rəqiblə üzləşmələridir.
Başqa cəhəti isə budur ki, vəhabilər Ali-Səudun pulu hesabına dünyanın hər yerində öz tərcümlərini yayır, Pakistan, Şərqi Asiya, Avropa, Şimali Amerika və digər yerlərdə öz oxunuşları əsasında Quran tərcümələri təbliğ edirdilər və bu yeni tərcümənin gəlişi ilə onların geri qalmış fikirlərinin gülünc və batil olması çoxlarına aydın olacaqdır.
Ən əsas isə səudiyyəli vəhabilər qeyd olunan ölkələrdə fəqir və yoxsul insanlardan istifadə edir, maddi yardım adı ilə evlərə soxulur, Quranın terrorizmə uyğun tərcüməsini təbliğ edir və terror qruplaşmaları üçün fiziki qüvvələr toplayırdılar. Bu gün belə bir Quranın ingilis dilli cavanlar arasında yayılması onların "terror iqtisadı"na ciddi zərər vuracaqdır.
Buna görə də vəhabilər müxtəlif sosial şəbəkələrdə bu tərcümə zəif və başqa tərcümələrin üzköçürməsi adlandırırlar. Hətta vəhabilərin britaniyalı müftisi Əbu İsa Nemətullah müridlərini bu kitabdan uzaq qalmağa səsləyərək bu tərcüməni "taun" xəstəliyi adlandırıb.
http://iqna.ir/fa/news/3479568