İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the acorn" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mariya Dəkakə - Amerikanın "Corc Meysun universiteti"nin dini araşdırmalar kafedrasının rəisi və müəllimi, Kaliforniyanın "Lutran" universitetində "Quran-Kərimdə əlamətlərin oxunuşu" adlı konfrans keçirir.
Bu konfrans cari ilin Aprel ayının 25-də keçiriləcəkdir. Eyni zamanda da Lutran universitetinin rəsmi saytında (CalLutheran.edu/live) yerli vaxtla 18:30 canlı yayımlanacaqdır.
Mariya Dəkakə - Amerikanın "Corc Meysun universiteti"nin dini araşdırmalar kafedrasının rəisi və müəllimi, "Quranı tanımaq; yeni bir tərcümə və təfsir" kitabının dörd elmi redaktorundan biridir. Bu kitab Quran-Kərimin ayə-ayə təfsirini verir və təfsirdə müsəlmanların qədim və müasir təfsirlərindən istifadə edilmişdir.
Qeyd edək ki, bu konfrans Lutran universitetinin "Din və Mədəniyyət Mərkəzi", "Çoxmədəniyyətli proqramlar idarəsi", "Ədalət və bərabərlik mərkəzi", və "İncəsənət kollecinin humanitar fənlər və elmlər bölməsi"nin həmkarlığı ilə keçirilir.
http://iqna.ir/fa/news/3488589