Tehran, 17.04.2016 - Misirin Asyut əyalətində bir nəfərin evində 200 il tarixi olan ən kiçik Quran nüsxəsi tapılıb.
İQNA-nın
(Beynəlxalq Quran Xəbər Agentliyi) Misrin "vtv" xəbər və informasiya
portalına istinadla verdiyi xəbərə görə, Misirin Asyut əyalətində bir nəfərin
evində 200 il tarixi olan ən kiçik Quran nüsxəsi tapılıb.
Misirdə
ən kiçik nüsxə sayılan bu Quranın hətta bütün dünyada da ən kiçik Quran nüsxəsi
olduğu ehtimal edilir.
Osmanlı
imperiyası dövrünə aid edilən bu kiçik nüsxənin uzunu 2 sm-dən çox deyil və
vətəndaş deyir ki, o bu nüsxəni öz ata-babasından irs olaraq saxlayıb.
Asyut
Universitetinin Sosial Elmlər və Coğrafiya Fakültəsinin rəhbəri Əhməd Qasim
deyib ki, Quran nüsxəsini evində saxlayan şəxs onu atalarından irs aparıb.
Quran
nüsxəsinin 200 ildən çox tarixi var. Osmanlı xilafəti dövrünün əvvəlinə aiddir.
Quranı evində saxlayan şəxs onu satmaq istəmir.
O deyib
ki, Quran nüsxəsinin diametri 2 sm, eni 2 sm və uzunluğu isə 25 mm-dir. Quran
nüsxəsi Osmanlı möhürü ilə möhürlənib və çox gözəl qızıl işləməsi ilə cildi
bəzədilib. Həmin dövrün bütün Quranlarında olduğu kimi xətmi Quran duası ərəb
və türk dillərində bu nüsxədə yazılıb. Onun sözlərinə görə, Quranın bütün
surələri və ayələri bu kiçik Quranda yer alıb.