IQNA

Çin prezidenti müsəlmanlarla görüşüb

8:51 - July 24, 2016
Xəbər sayı: 3480630
Tehran, 24.07.2016 – Çin prezidenti Şi Tsinpinq ölkənin Ningxia bölgəsinə səfər edərək müsəlmanlarla görüşüb.

Çin prezidenti müsəlmanlarla görüşüb


IQNA - Çinin qərbində yerləşən Ningxia bölgəsində səfərdə olan Çin prezidenti Şi Tsinpinq müsəlmanlarla görüşüb, Yen Çuan şəhərində Xinçenq məscidində olub.

Şi Tsinping görüşdə deyib ki, çində dinlərin 5 min illik tarixi var və ölkədə müsəlmanların sayı getdikcə artmaqdadır. "Çin müsəlmanları ifratçılıqla mübarizə aparmalı və ifratçılıqdan uzaq olmalıdır.

Qeyd edək ki, hazırda Çində 21 milyon müsəlman yaşayır ki, onların əksəriyyəti Uyğurlardır.

captcha