IQNA

Tbilisidə “Gürcüstan gəncliyinin inkişaf və tənəzzülü” mövzusunda toplantı

10:43 - August 04, 2016
Xəbər sayı: 3480662
Tehran, 04.08.2016 - Bu gün Tbilisidə, M.F.Axundovun ev-muzeyində din xadimlərinin və tələbələrin iştirakı ilə “Gürcüstan gəncliyinin inkişaf və tənəzzülü” mövzusunda toplantı keçirildi.

Tbilisidə


IQNA - Gürcüstan Müsəlman Qadınlar İcmasınım təşkilatçılığı ilə keçirilən toplantıda Gürcüstan gəncliyinin intelektual, mədəni və tərbiyəvi səviyyəsi, mövcud durum, gələcək perspektivlər və inkişaf və proqresiyasına mane olan amillərhaqda çıxışlar oldu, fikir mübadiləsi aparıldı.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışının sonunda bildirdi ki, yeni təhsil ilində belə görüşlərin və təlimlərin daha irimiqyaslı şəkildə və hətta ali təhsil ocaqlarında və müxtəlif bölgələrdə keçirilməsi də nəzərdə tututub. Bu mövzuda proqramların keçirilməsinin əsas məqsəd Gürcüstan gəncliyini (qumar, narkomaniya, alkoqalizm və s. kimi) yanlış vərdişlərdən, tənəzzülə uğradan və fəsada çəkən əməllərdən uzaqlaşdırmaq, onların inkişafı sahəsində dinimizin tövsiyələrini bölüşmək, onları elm öyrənməyə və əxlaqi və mənəvi dəyərlərə dəvət etməkdir.

captcha