İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın xalq könüllülərindən ibarət döyüşçüləri (əl-həşd əş-şəəbi) Quran-Kərimə sığınmağın İŞİD-ə qələbə rəmzinin olduğunu vurğulayaraq təkfirçilərə qarşı mübarizədə Nəcəfin dini mərcələri ilə bu yolda yenidən əhd bağladıqlarını bildiriblər.
Abdullah əl-Ğərabi – İraq Xalq Könüllüləri Taborunun döyüşçülərindən biri, Həzrət İmam Hüseyn (ə) ziyarətgahı nəzdində fəaliyyət göstərən "Dar əl-Quran əl-Kərim" (Quran Evi) təşkilatının döyüşçülər üçün təşkil etdiyi "Quranla üns məclisləri"nə görə bu təşkilata öz təşəkkürünü bildirərək dedi: Bu cür proqramlar döyüşçülərin ruhi halının yüksəlməsi və döyüşdə daha da əzmli və möhkəm iradəli olmaları üçün təsirlidir.
O dedi: İraqın dilavər döyüşçüləri cəbhənin ön xəttində Quran tilavət edərək dünya əhlinə bu mesajı verirlər ki, "həqiqi İslam məntiqi biz edən və biz deyəndir, İŞİD kimi terroristlərin iddia etdiyi deyil".
İraq Xalq Könüllüləri Taborunun döyüşçüləri bildiriblər ki, təkfirçi terroristlərə qarşı cihadın davamlı olması və zalimə qarşı müqavimət yönündə Nəcəf-Əşrəf Dini Hövzəsinin mərcələri ilə yenidən əhd-peyman bağlayırıq və həyatda olduqca bu cihadı davam etdirəcəyik, heç vaxt geri çəkilməyəcəyik. Və Ayətullah Üzma Seyyid Əli Sistaninin bizə verdiyi vədənin – "İnşaallah qələbə sizindir", - həyata keçdiyi günədək bu yolda döyüşəcək və bu vədənin həyata keçməsi barədə ürəyimizdə zərrə qədər də şəkkə yol verməyəcəyik.
http://iqna.ir/fa/news/3523796