İQNA xəbər verir ki, kitablar
 XIII - XX əsrlərdə Şərqin ən yaxşı xəttatları tərəfindən yazılıb. 
Kitabların bir neçə nümunələri fars-tacik dilinə tərcümə olunub.
	
		
 
	
 
	
	
		
Quranın ən kiçik nümunəsi 1.6 qramdır. 
Kitabın uzunluğu 1.8 santimetr, eni 1.2 santimertdir. 292 səhifəlik 
kitabın hər səhifəsində 12 sətr mövcuddur. Kitab ötən əsrin əvvəllərində
 Kazanda bir nümunə olaraq buraxılıb.
	
		
	
		
 
	
		
	
		
			
Quranın ən böyük nümunəsi isə XIX əsrə 
aiddir. Nəşr yeri və xəttatın adı bəlli deyil. Ərəb xəttatlığı Quranın 
nüsxələrinin çıxarılması əsasında inkişaf edib.
		
			
		
		
			
		
			
Fotoda gördüyünüz bu əlyazma XIV əsrdə 
farsca yazılıb. Müəllifi naməlumdur. Xəttat qızıl suyu qatılmış xususi 
məhluldan istifadə edib.
		
			
				
			
				
 
			
				
			
				
					
				
					
				
					
						Bu kitabxanada diqqəti çəkən başqa 
bir kitab, X əsr məşhur şair Firdovsinin "Şahnaməsi"dir. Farscadan 
tərcümədə "Şahnamə" - "Şahların Kitabı" və ya "Şahlar haqqında kitab" 
deməkdir. Bu kitabda İslama qədərki İran tarixindən bəhs olunur. 
"İliada" və "Odisseya"dan iki dəfə böyük olan bu poema 55 min beytdən 
ibarətdir. Milli kitabxanada həmçinin miniatürlərlə bəzədilmiş XVI əsrə 
aid əlyazma mövcuddur.
					
						
					
				 
				
					
						
					
						
							
Tacikistanda milli kitabxana 
2012-ci ildə açılıb. Bura Mərkəzi Asiyada ən iri kitabxanadır. 9 
mərtəbəli bu bina açılmış kitabı xatırladır.
						
							
					 
					
					
						
					
						
Milli kitabxananın şərq əlyazmaları 
və nadir nümunələr şöbəsinin rəhbəri Rəcəbəli Məhəmmədi deyir ki, 
kitabların saxlanılması üçün temperatur +20 dərəcəni keçməməlidir. "Bu 
kitablar xüsusi münasibət tələb edir. Biz ziyarətçilərdən foto işıqdan 
istifadə etməməyi xahiş edirik. Tez-tez kitabları vərəqləmək də 
lazımdır, çünki zaman öz işini görür. Bu kitablar nadirdir. Miniatürün 
yazılması zamanı xəttatların istifadə etdiyi rənglərə baxın. İndi belə 
təbii rənglər, hazırlama sirləri itib-batıb".
					
						
					
						
Mənbə: maide.az