IQNA

Rusiya Quran yarışlarının nəticələri bəlli oldu;

İİR-nın nümayəndəsi 4-cü yeri əldə etdi

8:01 - September 26, 2016
Xəbər sayı: 3480834
Tehran, 26.09.2016 – Rusiyanın beynəlxalq Quran yarışlarının nəticələri dünən elan olundu. Bu yarışlara İrandan qatılan Quran qarisi Mehdi Said 4-cü yeri qazandı.











İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Rusiyadan verdiyi xəbərə görə, Rusiyanın Beynəlxalq Quran-Kərim Yarışları 2016-cı ilin Sentyarb ayının 22-də paytaxt Moskvada rəsmi şəkildə açıq elan olunduqdan sonra işinə dünən, 25.09.2016-cı il, Məğrib azanından öncə yekun vurdu.

Quran yarışlarının nəticələri yekun mərasimində elan olunduqdan sonra bəlli oldu ki, bu yarışlara İran İslam Respublikasından qatılan Mehdi Said iştirakçılar arasında 4-cü yeri qazanmışdır.

Bu yarışlarda hakimlər heyətinin tərkibində iştirak edən ustad Abbas İmam Cümənin açıqlamasına görə, yarışların ilk günü çıxış edən iranlı rəqabətçi Mehdi Said bu yarışlarda qənaətbəxş tilavət etmişdir.

Yekun nəticələrə görə birinci, ikinci və 3-cü yerləri sıra ilə, Malaziya, Yəmən və Bəhreyn ölkələrinin yarışçıları əldə ediblər və iraqlı qari isə 5-ci yeri qazana bilib.

Rusiyanın beynəlxalq Quran yarışlarınd dünyanın 28 ölkəsindən nümayəndə iştirak edirdi. Hakimlər heyətinin tərkibinə İrandan Abbas İmam Cümə olmaqla Rusiya, Bəhreyn, Mərakeş və Türkiyədən hakimlər qatılmışdı.

Bu yarışlar Rusiyanın Müftilər Mərkəzinin təşəbbüsü və Moskva icra hakimiyyətinin həmkarlığı ilə keçirildi.

http://iqna.ir/fa/news/3532958

captcha