IQNA

Hindistanda "Rəsulun (s) miladı" böyük piyada yürüşü

11:42 - December 11, 2016
Xəbər sayı: 3481120
Hindistanın "Kanpur" şəhərində Həzrət Məhəmmədin (s) miladı münasibətilə keçiriləcək bayramda müxtəlif dinlərin davamçılarının iştirak etdiyi böyük yürüş keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliy) "times of india" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Hindistanın "Kanpur" şəhərində müxtəlif dinlərin davamçılarının iştirak etdiyi Həzrət Məhəmmədin (s) miladı münasibətilə böyük yürüş keçiriləcək.

Hər ildə olduğu kimi bu il də müxtəlif dinlərin davamçıları əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladət və doğum günü münasibəti iləə Hindistanın "Kanpur" şəhərində toplaşacaqlar ki, dünyaya öz vəhdət və həmrəylik ismarıclarını çatdırsınlar.

Mətin əl-Həqq Üsamə Qasimi – Kanpur müsəlmanlarının alimlər cəmiyyətinin rəisi, bu barədə dedi: İngiltərənin Hindistanı öz müstə`mərisi etdiyi dövrlərdən indiydək Kanpur şəhərinin bütün əhalisi, "seyk"lər, "hindu"lar, "müsəlman"lar və digər din və məzhəblərin təfədarları bu gün, yəni Həzrət Məhəmmədin (s) anadan olduğu gün, bir yerə toplaşır, öz həmrəyliklərini nümayiş etdirirlər və biz bu gün də bu ənənənin həmişəlik davam etməsinin tərəfdarıyıq.

Kanpur müsəlmanlarının alimlər cəmiyyətinin rəisi əlavə etdi: Bu mərasimdə iştirak etmək üçün qeyri- müsəlman qardaşlarımızı dəvət etmişik və toplantı üçün şəhərin müxtəlif yerlərində 20- 25 məkan nəzərdə tutulmuşdur.

Mətin əl-Həqq Üsamə Qasimi – Kanpur müsəlmanlarının alimlər cəmiyyətinin rəisi, dedi: Radikal və ifraçtı insanlar çalışırlar ki, müsəlmanlar və digər dinlərin davamçıları arasında təfriqə və ayrıseçkilik yaratsınlar, ixtilaf salsınlar. Bu cür mənfi halların qarşısını almaq üçün Həzrət Məhəmmədin (s) miladı ən münasib fürsətdir ki, insanlar bərabərlik və həmrəyliklərini möhkəmləndirsinlər.

O vurğuladı: Müsəlmanlar üçün bayram günü əməl etmələri lazım olan və bir sıra olar və olmazları ehtiva edən braşurlar da cəmiyyətdə paylaşılacaqdır. Məsələn bu "olmaz"lardan biri də budur ki, heç kim mərasim zamanı cəmiyyətdə səs çirkinliyi yaratmamalı və səsucaldıcılardan istifadə edərək digərlərinin inciməsinə, narahatçılığına və zəhmətə düşməsinə səbəb olmamalıdır.

Qasimi dedi: Müsəlmanlar unutmamalıdırlar ki, bu bayram dünyanın ən hörmətli insanının doğum günüdür və buna görə də hamının ehtiramı və hörməti saxlanılmalıdır.

Mətin əl-Həqq Üsamə Qasimi – Kanpur müsəlmanlarının alimlər cəmiyyətinin rəisi, elan etdi: Bu ilin bayram yürüşü Həzrət Məhəmməd peyğəmbərin (s) miladı günü Zöhr namazından sonra başlayacaq və 12 saata qədər davam edəcəkdir.

http://iqna.ir/fa/news/3552600


captcha