İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- misriyyun" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, misirli müsəlman xanım keçən həftənin bazar günü Qahirədə terror hücumuna məruz qalmış Qibti kilsəsinin qarşısındakı izdihama qatılaraq bir əlində "səlib və digər əlində "Quran"ı başı üzərinə qaldırdı.
Keçən həftənin bazar günü, 11.12.2016-cı il, Misirin paytaxtı Qahirənin Əl-Abbasiyyə bölgəsində məsihi (xaçpərəst) qibtilərin kilsəsinə edilən terror hücumunun ardınca məsihi qibtilər müsəlmanların adına törədilən bu terror hücumuna etiraz olaraq kilsənin önünə toplaşdılar.
Məsihi qibtilər xaçpərəstlərin mərkəzi və əsas ibadət ocağı sayılan bu kilsənin həyətinə toplaşaraq terror hadisəni məhkum və cinayətkarların qisas olunmasını tələb ediblər və terror qurbanlarının xatirəsinə şam yandırıblar.
Misirli müsəlman bir xanım bir əlinə "səlib" (xaç) və digər əlinə Quran- Kərim alaraq etiraz aksiyası keçirən qibtilərin izdihamına qatılmış və Quran və Xaçı başının üzərinə qaldıraraq bu terrora qarşı öz etirazını bildirmiş və insanları milli birliyə dəvət etmişdi.
Müsəlmanın xanımının terroru məhkum və milli birliyə önəm verən bu addımı məsihi qibtilər tərəfindən razılıqla qarşılanıb.
Bu addımı alqışlayan məsihi qibtilər Quran- Kərimi müsəlman xanımdan alaraq Quranla şəkil çəkdiriblər.
Misirin müxtəlif dini və siyasi şəxsiyyətləri məsihilərə qarşı törədilən terror hücumunu pisləyiblər və bunu ölkə vətəndaşlarına qarşı xəyanət adlandırıblar.
"Əl-Əzhər" İslam Mərkəzi 25 nəfərin ölümü və 50-dən çox insanın yaralanması ilə nəticələnmiş bu terror hücumunu məhkum edib, ortodoks qibtilərin rəhbəri İkinci Papa Tavadros Aleksandra və terror qurbanlarının ailələrinə başsağlığı verib və bəyaniyyə yayaraq bildirib ki, ibadətgahları partlatmaq və günahsız insanları terror edərək öldürmək bütün dinlərin, eləcə də İslam dinin təlimlərinə ziddir.
http://iqna.ir/fa/news/3553187