İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Guardian" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Nigeriyanın "İslami Hərəkat Təşkilatı"nın üzvləri bu ölkənin prezidentindən Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığa buraxılmasını tələb ediblər.
İbrahim Musa - Nigeriyanın İslami Hərəkat Təşkilatının sözçüsü, bəyaniyyə yayaraq bu ölkənin prezidenti Məhəmməd Buharindən tələb edib ki, "Abuca" federal məhkəməsinin çıxardığı qərara əməl edərək Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin və silahdaşlarının azadlığa buraxılması barədə göstəriş versin.
Bu bəyaniyyəyə əsasən federal dövlət Nigeriyanın İslami Hərəkat Təşkilatını ölkə qanunlarına əməl etməməkdə suçlamaqdan əl götürməlidir.
Nigeriya federal dövləti Abuca ali məhkəməsinin Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin və silahdaşlarının günahsız olduğu barədə qərarına məhəl qoymadan hələ də onları həbsdə saxlayır.
İbrahim Musa - Nigeriyanın İslami Hərəkat Təşkilatının sözçüsü, bəyaniyyə yayaraq dedi: Nigeriya prezidenti yeni il təbrikində şiələri öz qardaş və bacıları adlandırır, halbuki əməldə bu sözünün ziddinə hərəkət edir.
O əlavə etdi: Nigeriyanın İslami Hərəkat Təşkilatı həmişə dövlət qanunlarına tabe olub və itaət edib və buna görə də dövlətin şiələr əleyhinə addımını sülhamiz şəkildə məhkəmənin öhdəsinə qoyub.
İbrahim Musa dedi: Şiələr həmişə dövlət qanunlarına tabe olub və dövlət barədə müsbət fikirləşərək dövlətin və ölkənin inkişafı üçün çalışıblar.
Nigeriyanın İslami Hərəkat Təşkilatı üzvləri Zariya, Kaduna, Kanu, Fantu və Sukutuda həbs edilənn və öldürülən şiələrin işlərinə baxılmasını tələb ediblər.
http://iqna.ir/fa/news/3558753