IQNA

İŞİD Mosulun qərbində kimyəvi silah tətbiq etdi

14:35 - April 17, 2017
Xəbər sayı: 3481550
İŞİD terror təşkilatı Mosulun qərbində yeni azad edilmiş bölgələrə qarşı zəhərli xlor qazı ilə hücum etdiyi bildirilib.

İŞİD Mosulun qərbində kimyəvi silah tətbiq etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Deyerler.org-a istinadla xəbər verir ki, İraqın terrorla mübarizə komandirlərindən biri aprelin 15-də gecə baş verən bu hücumun Əl-Abar qəsəbəsində baş verdiyini və terrorçuların bu hücumda xlor qazı ehtiva edən minaatan və qumbaraatanlardan istifadə etdiyini bildirib.

Bu hücumda 7 mülki vətəndaşın zəhərli qazdan təsirlənməsi səbəbilə bölgədəki xəstəxanalara yerləşdirildiyi qeyd olunub.

Digər tərəfdən, Mosulun qərbinin üçdə ikisində nəzarəti​ təmin edən İraq qüvvələri, aprelin 16-da Havi Əl-Kənis məhəlləsinə daxil olmağı bacarıblar.

İraqın Birgə Əməliyyatlar Komandanlığından verilən açıqlamada, İraq silahlı qüvvələrinin Havi Əl-Kənis məhəlləsinə daxil olmaqla Mosulun qədim hissəsini mühasirəyə almağa nail olduğu qeyd olunub. İraq qüvvələrinin bölgəyə hücum üçün təlimat gözlədiyi bildirilib.

Açıqlamada İraq qüvvələrinin Mosulun "17 iyun" məhəlləsindəki İŞİD-in ən böyük bazası və mövqelərini lazerlə idarə olunan raketlə vurduğu qeyd olunub. Bundan başqa Mosulun qərbindəki 3 digər məhəlləsində də, İŞİD hədəflərinin məhv edilməsi ilə bağlı xəbərlər verilib.

Teqlər: İŞİd ، İslam ، quran ، iqna ، terror ، mosul ، xlor qazı ، partlayış
captcha