İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadlaxəbər verir ki, dinc aksiyalar ötən gün səhər və günün ikinci yarısında Bəhreynin əl-Musalla, Sar və digər bölgələrində keçirilib.
Bəhreynlilər əllərində Ayətullah İsa Qasimin, "əl-Əqsa" məscidinin və Əvamiyyə şəhidlərinin şəkillərini daşıyıb. Etirazçılar "əl-Əqsa" məscidində sionist İsrail rejiminin cinayətlərini, eləcədə SəudiyyəƏrəbistanı rejiminin Əvamiyyə bölgəsində şiələrə qarşı cinayətlərini pisləyib.
Aksiya iştirakçıları həmçinin Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə öz dəstəklərini nümayiş etidirib.
Etirazçılar Ali-Xəlifə rejim həbsxanalarında olan məhbus qadın və kişilərlə də həmrəylik nümayiş etdirib onların sərbəst buraxılmasını tələb edib.