IQNA

Çin Qurban bayramı münasibətilə məktəbləri tətil etdi

0:56 - September 03, 2017
Xəbər sayı: 3482080
Çin dövləti müsəlmanların sıx yaşadığı regionlarda bütün təhsil ocarlarını və dövlət idarələrini Qurban bayramı münasibəti ilə tətil etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti müsəlmanların sıx yaşadığı regionlarda bütün təhsil ocarlarını və dövlət idarələrini Qurban bayramı münasibəti ilə tətil etdi.

Çinli müsəlmanlar da Qurban bayramını İslamın əzəmətli bayramlarından biri olaraq sevinclə qarşıladılar və məscidlərə gedərək Qurban bayramı namazını qıldılar.

Pekində yaşayan müsəlmanlar və İslami cəmiyyətlər həftənin cüməaxşamı gün, Avqust ayının 31-də, Qurban bayramı münasibətilə məclislər keçiriblər.

Çini "İslam Cəmiyyəti"nin rəsisi Yanfg Fa Ming müsəlmanların Qurban bayramını təbrik edərək deyib ki, Çinin İslami şəxsiyyətləri və müsəlman cəmiyyəti bu ölkənin inkişafı, islahatı və ölkədə sabitliyin qorunması üçün müsbət təsirə malikdirlər.

Xəbərlərdə verilən məlumata görə, Çinin "Yinçivan", "Gansu", Şanşi", "Çinghay", "Ningşya", Sin Kiyang" və Kaşğər əyalətlərində müsəlmanlar Qurban bayramı mərasimini keçiriblər, bayram namazı qılıblar və ehtiyaclı ailələrə Qurban əti paylayıblar.

Həmçinin Çinin "İslam Cəmiyyəti" rəisini müavini və çinli hacılarının Həcc ziyarəti karvanlarının rəisi keçən ay bildirmişdi ki, bu il 12 mindən çox çinli müsəlman Həcc mərasiminə yola salınıblar.

Qeyd edək ki, Çinin 20 milyondan çox müsəlman cəmiyyəti vardır ki, onların çoxu uyğur, huy, qazax, özbək və tacik əsillidirlər.

http://www.iqna.ir/fa/news/3637056


Teqlər: iqna ، çin ، qurban ، uyğur
captcha