IQNA

Küveyt şiələrini təhqir edən Əhli-Sünnə təbliğçisi məhkum edildi

10:49 - December 26, 2017
Xəbər sayı: 3482558
Küveytli əhli-sünnə mübəlliği Şeyx Fuad Rifai şiələri təhqir etdiyi və ölkədə fitnə yaratdığı üçün 5 il həbsə məkum edildi.

Küveyt şiələrini təhqir edən Əhli-Sünnə təbliğçisi məhkum edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytli əhli-sünnə mübəlliği Şeyx Fuad Rifai şiələri təhqir etdiyi və ölkədə fitnə yaratdığı üçün 5 il həbsə məkum edildi.

Küveytin cəza məhkəməsi əhli-sünnə təbliğçisi Şeyx Fuad Rifaiyə şiələri təhqir etməsi və aşağılamasını ölkədə fitnə şöləsini alovlandırmaq və qarşıdurma yaratmaq cəhdi kimi hesab edərək onun barədəsində beş il müddətində azadlıqdan məhrum edilmə hökmü çıxardı.  

Həmçinin Küveytin cəza məhkəməsi göstərişinə əsasən əhli-sünnə təbliğçisi Şeyx Fuad Rifaiyə şiələri təhqir etdiyi üçün onun tabeçiliyində olan “Vəz-Zikr” İslam Mərkəzi qapadıldı və əmvalı dövlət tərəfindən müsadirə edildi.

Məhkəmənin bu küveytli əhli-sünnə təbliğçisi barəsində çıxardığı hökm onun əleyhinə olunan şikayətin istintaqının ardınca baş vermişdi. Onun əleyhinə Əli əl-Əla (küveytli vəkil) şikayət etmiş və deyilən ittihamları məhkəmədə sübuta yetirə bilmişdi.   

Küveytli vəkil Əli əl-Əla özünün “tyuter” hesabına yazır:  Küveytin cəza məhkəməsi Qazi Mət`əb Arizinin başçılığı ilə keçirildi. Şeyx Fuad Rifai milli vəhdət qanununu pozduğu, şiələri təhqir etdiyi və məzhəblərarası fintə yaratdığı üçün beş il həbsə məhkum edildi və onun adına olan İslam Mərkəzi tətil edildi.

http://iqna.ir/fa/news/3676132

 

 
Teqlər: iqna ، küveyt ، vəhdət ، şiə ، sünni
captcha