IQNA

İran və Əlcəzair “Əhməd bəy” adlı müştərək tarixi film çəkir

13:42 - August 06, 2018
Xəbər sayı: 3483609
İranlı kinorejissor Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhməd bəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir.

İran və Əlcəzair “Əhməd bəy” adlı müştərək tarixi film çəkirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranlı kinorejissor  Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhməd bəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir. Filmin çəkilişlərinə Əlcəzairin paytaxtında yerləşən  “CADC” kino şəhərciyində start verilib.

Film Əhməd bəyin  Fransa işğalçılarına qarşı apardığı mübarizə illərini özündə əks etdirəcək. Filmdə iranlı və əlcəzairli  aktyorlar oynayır. 

Qeyd edək ki, Əhməd bəy ibn Məhəmməd Şərif  1786-ci ildə Konstantin şəhərində doğulub və 1850-ci ildə  vəfat edib. O,  Əlcəzair ərəb tayfalarından ən böyüklərindən olan İbn Qanə ailəsindədir,  O, 12 yaşında Quranı əzbərləyib. 

1826-ci ildə Konstantin şəhərinin son bəyi Əhməd bəy ibn Məhəmməd Şərif Fransa işğalçılarına qarşı mübarizə aparmış və Konstantin Əlcəzairdə fransızlara qarşı ən uzun müddət müqavimət aparan şəhər olub.

http://iqna.ir/fa/news/3736255

Teqlər: iqna ، əlcəzyair ، iran ، kino
captcha