İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 8 Avqust 2018-ci il, Misrin İskəndəriyyə şəhərinin kitabxanasında Çinin ənənəvi incəsənət sərgisi öz işinə başlayıb.
Bu beynəlxalq səyyar sərginin açılış mərasimində İskəndəriyyə şəhərinin meri Məhəmməd Sultan və Çin səfirliyinin mədəni əlaqələr üzrə müşaviri Şi Yu Vin iştirak ediblər.
Sərgidə iştirak edən çinli heyətin rəisi Ti Bing deyib ki, İskəndəriyyə kitabxansında olmaq və Misrlə həmkarlıq etmək bizim üçün fərxdir. Misr və Çin hər ikisi qədim mədəniyyətə malikdirlər.
Qeyd edək ki, Avqustun 27-dək davam edəcək bu sərgidə Çindən gətirilmiş 130 incəsənət nümunəsi nümayiş olunur.