IQNA

Rusiya, İran, İraq və Suriya hərbi komandirləri Bağdadda bir araya gəliblər

11:36 - September 02, 2018
Xəbər sayı: 3483777
Rusiya, İran, İraq və Suriyadan olan hərbi komandirlər İraqın paytaxtı Bağdadda bir araya gəliblər. Bu haqda İraq Müdafiə Nazirliyi açıqlama verilib.   

Rusiya, İran, İraq və Suriya hərbi komandirləri Bağdadda bir araya gəliblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya, İran, İraq və Suriyadan olan hərbi komandirlər İraqın paytaxtı Bağdadda bir araya gəliblər. Bu haqda İraq Müdafiə Nazirliyi açıqlama verilib.   

Açıqlamada 4 ölkədən olan komandirlərin bir araya gəlmələrinin məqsədinin bölgədə İŞİD terror təşkilatına qarşı mübarizənin daha da intensivləşdirilməsinin olduğu bildirilib. 

Nazirliyin verdiyi açıqlamada qeyd olunub ki, görüş zamanı təhlükəsizlik, kəşfiyyat və digər hərbi sahələrdə birgə əməkdaşlıq müzakirə edilib.  

Suriya nümayəndə heyətinin rəhbəri general-leytenant Səlim Harba dörd ölkənin terrorla mübarizə mövzusunda razılığa gəldiyini bildirərək, ABŞ-ın Suriyadakı terrorçu qruplar vasitəsilə kimyəvi hücum hazırlığında olduğunu və bu səbəblə Suriyaya təcavüz etməyə hazırlaşdığını sözlərinə əlavə edib.

Mənbə: http://eastnews.az/news/28224

Teqlər: iqna ، rusiya ، iran ، suriya
captcha