IQNA

Ərəbistanda ilk dəfə ərəb kinosu ekran ediləcək

7:16 - September 16, 2018
Xəbər sayı: 3483870
Bu barədə Misirli kino rejissoru “tyuter” səhifəsində xəbər verib. Tamir Həsəni sosial şəbəkədə yazıb: “əl-Büdlə” adlanan yeni filmi Səudiyyə Ərəbistanın kinoklublarında ekran ediləcək.

Ərəbistanda ilk dəfə ərəb kinosu ekran ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin ilk aylarında vəhabi şeyxlərinin idarə etdiyi Səudiyyə Ərəbistanında kinoklublarda filmə baxmaq və film çəkilməsi barədə qadağa fətvası otuz beş ildən sonra ləğv olunmuş və ilin birinci altı ayında bəzi xarici film və animasiyalar kinoklublarda ekran edilmişdi.

İndi isə Ərəbistan kinoklubları kino sahəsində yeni bir addım atacaqlar. Belə ki, bu ölkədə ilk dəfə olaraq ərəblərin çəkdiyi filmə kinoklublarda baxılacaq.

Bu barədə Misirli kino rejissoru öz “tyuter” səhifəsində xəbər verib. Misrili kino rejissoru Tamir Həsəni sosial şəbəkədə yazıb ki, “əl-Badla” adlanan yeni filmi Səudiyyə Ərəbistanın kinoklublarında ekran ediləcək. 

Qeyd edək ki, 35 il öncə Səudiyyənin vəhabi şeyxləri xarici kinoların Ərəbistan kinoklublarında ekran edilməsinə və eləcə də ümumiyyətlə kinoklubların fəaliyyətinə qadağa qoymuşdular. Bu qadağa cari ilin Aprel ayında götürüldü və ölkənin paytaxtı Riyazda ilk kinoklub öz işinə başladı.    

http://iqna.ir/fa/news/3747176  

 

Teqlər: iqna ، misr ، ərəbistan ، kino ، kinoklub
captcha