IQNA

Son 24 saatda 300 suriyalı vətənə dönüb

7:35 - September 16, 2018
Xəbər sayı: 3483871
Rusiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “suriyalı qaçqınların qarşılanması, bölüşdürülməsi və məskunlaşdırılması mərkəzi” 24 saatda 300 suriyalı qaçqının vətənə döndüyünü xəbər verib.

Son 24 saatda 300 suriyalı vətənə dönübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “suriyalı qaçqınların qarşılanması, bölüşdürülməsi və məskunlaşdırılması mərkəzi” dünən (Şənbə, 15 Sentyabr 2018-ci il) elan edib ki, sonra 24 saat ərzində 300 suriyalı qaçqın vətənə qayıdıb.

Mərkəzin elanında deyilir ki, onlardan 24-ü qadın və 36-sı uşaq olmaqlar 72 nəfər Suriya vətəndaşı “Şərqi Ğutə”yə qayıdıblar.

Rusiyanın Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “suriyalı qaçqınların qarşılanması, bölüşdürülməsi və məskunlaşdırılması mərkəzi” tərəfindən yayımlanan bəyaniyyədə deyilir: Keçən 24 saat ərzində Suriyaya qayıdan 300 nəfər qaçqının 116 nəfəri Livan qaçqın düşərgəsində qalanlardan olublar.

Həmçinin bu elanda deyilir: Suriya qoşunları təmizləmə əməliyyatında 6 hektar sahəsini, 7 binanı və 1 kilometr yolu minadan təmizləyiblər. Əməliyyat zamanı partlayışa hazır olan 56 bomba kəşf edilərək zərərsizləşdirilib.   

http://iqna.ir/fa/news/3747177

Teqlər: iqna ، suriya ، rusiya ، qaçqın
captcha