IQNA

İşğalçı İsrail ordusu 17 yaşlı Qüds sakinini güllələyərək öldürüb

23:49 - December 21, 2018
Xəbər sayı: 3484390
İsrail rejim qüvvələri Rəmallah və əl-Birə şəhərlərinin qovşağındakı Beyt-El hərbi postunun yaxınlığında fələstinli ailəyə məxsus avtomobili atəşə tutublar. Nəticədə Qüdsdən olan bir yeniyetmə həlak olub.
İşğalçı İsrail ordusu 17 yaşlı Qüds sakinini güllələyərək öldürübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən axşam saatlarında işğalçı İsrail rejim qüvvələri Rəmallah və əl-Birə şəhərlərinin qovşağındakı Beyt-El hərbi postunun yaxınlığında fələstinli ailəyə məxsus avtomobili atəşə tutublar. Nəticədə Qüdsdən olan bir yeniyetmə həlak olub.
Maide.Az "Felestin.info" -a istinadla xəbər verir ki, işğalçı əsgərlərin avtomobili atəşə tutması nəticəsində daha üç nəfər ağır yaralanıb.
Yerli media həlak olmuş yeniyetmənin 17 yaşlı Qasim Məhəmməd Əli Abbasi olduğunu açıqlayıb. Yaralıların da şəxsiyyətləri açıqlanıb: 28 yaşlı Məhəmməd Hani əl-Abbasi, eləcə də iki yeniyetmə - Məhəmməd Məmun Abbasi və onun qardaşı Mahmud Abbasi. İşğalçı rejim əsgərləri yaralıları maşından çıxararaq həbs ediblər və nəzarət altında xəstəxanaya yerləşdiriblər.
İsrail ordusunun açıqlamasında deyilir ki, avtomobil hərbi postu keçdiyi üçün atəşə tutulub. Fələstin mənbələrinin isə yazdığına görə, maşında olan dörd nəfərin hamısı Qüds pasportlarına malik olublar. Maşın Beyt-El postuna çatanda israilli əsgərlər maşının Ofra yəhudi qəsəbəsindəki güllələnmə insidenti ilə əlaqəsi olduğundan şübhələnib və dərhal atəş açıb.
Şahidlər isə bildiriblər ki, Abbasi ailəsi iki avtomobillə hərəkətdə olublar. Hava yağışlı olduğu üçün avtomobillərdən biri sürüşüb, bundan şübhəyə düşən israilli əsgərlər dərhal atəş açmağa başlayıblar.
captcha