IQNA

İmam Əli (ə) adına Darul-Quranın yarışlarında 5 min nəfər iştirak edir

22:32 - January 30, 2019
Xəbər sayı: 3484608
 İran İslam Respublikasının İmam Əli (ə) adına Darul-Quran mərkəzinin təşkil etdiyi yarışlarda beş min nəfər iştirak edir. Onların arasında 500 nəfər xarici vətəndaş da vardır.

İmam Əli (ə) adına Darul-Quranın yarışlarında 5 min nəfər iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İmam Əli (ə) adına Darul-Quran mərkəzinin təşkil etdiyi yarışlarda beş min nəfər iştirak edir. Onların arasında 500 nəfər xarici vətəndaş da vardır.

İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən İmam Əli (ə) Darul-Quran Mərkəzinin təşəbbüsü ilə təşkil edilən İİR üzrə 12-ci Qurani-Kərim yarışları cari ilin Fevral ayının 4-dən 10-dək Qum şəhərinin Cəmkəran qəsəbəsinin "Yavərane İmam Mehdi (ə.f)" kompleksində keçiriləcək.

Kişilər arasında keçirilən bu yarışlarda iştirak edənlər Qurani-Kərimin tətil və peşəkar qiraəti, bütöv Quranın hifzi, Qurani-Kərimin 10 və 20 cüzü ixtisasları üzrə rəqabət aparacaqlar.

Yarışlar 16-dan yuxarı və 16-dan aşağı olmaqla iki yaş qrupunda və 5 min 169 nəfərin iştirakı ilə keçiriləcək.

Yarışlarda Tehrandan 884, Qumdan 1051, İsfahandan 628, Məşhəddən 365, Farsdan 241, Xuzistandan 222 və Zəncan şəhərindən 201 nəfər iştirak edir.

İmam Əli (ə) Darul-Quran Mərkəzinin təşəbbüsü ilə İranın əyalətləri arasında keçirilən yarışalra əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının xarici tələbələri də qatılıblar. Bu akademiyadan yarışlara qatılan 548 tələbə dünyanın 19 ölkəsini təmsil edir. Yarışlara Hindistan, Azərbaycan, Tacikistan, Livan, Fransa, Yəmən, Afrika ölkələri, Britaniya, Ərəbistan və digər ölkələrdən olan tələbələr iştirak edirlər.  

Yarışlarda 722 nəfər Qurani-Kərimin bütöv hifzi, 586 nəfər 20 cüz, 1614 nəfər 10 cüz, tərtil tilavəti 1248 nəfər və peşəkar qiraət ixtisası üzrə 1002 nəfər iştirak edir.  

Yarışlara 13 heyətdən ibarət 70 nəfər beynəlxalq hakim hakimlik edir. Hakimlər heyətin rəhbəri beynəlxalq qari Şəhriyar Pərhizkardır.  

Yarışların yekun mərasimi Fevral ayının 10-da İran İslam Respublikasının Quran sahəsinin fəalları və məsullarının iştirakı ilə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3785779

 

captcha