IQNA

Dubayın Quran Parkından fotolar

23:41 - April 01, 2019
Xəbər sayı: 3484916
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Əlxəvanic qəsəbəsində yerləşən Quran Parkı keçənn həftənin Cümə günü (29 Mart 2019) rəsmi şəkildə fəaliyyətə başlayıb.

Dubayın Quran Parkından fotolarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Əlxəvanic qəsəbəsində yerləşən Quran Parkı keçənn həftənin Cümə günü (29 Mart 2019) rəsmi şəkildə fəaliyyətə başlayıb.

Dubayın Əlxəvanic rayon bələdiyyəsi öz rəsmi sosial şəbəkə səhifəsi üzərindən vətəndaşları Quran Parkına pulsuz tamaşaya dəvət edib. Quran Parkında gəzinti 24 saat pulsuzdur.

Quran Parkı İslam dini və müsəlmanların müxtəlif elmi sahələrdəki nailiyyətlərini park muzeyi formasında tanıtdırır.

Bu parkda əsasən Qurani-Kərimdə adı keçən bitkilərin tibbi faydalarını və istifadə qaydalarını sərgiləyən köşklər qurulub.

Quran Parkının sahəsi 60 hektardır. Bu park turizm baxımından da dünyanın müxtəlif ölkələrindən olan turistlər üçün də çox maraqlı olacaqdır.

Quran parkında nar, incir, zeytun, ədəs, sarımsaq, soğan, üzüm, zəncəbil, buğda, qarpız, qarğıdalı, hind xurması, boranı, reyhan, xiyar və banan və digər bitki növlərinin faydaları və istifadə qaydaları barədə məlumat lövhələri yerləşdirilib.     

http://iqna.ir/fa/news/3800412

 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
 
تصاویری از بوستان قرآن دبی
captcha