Höccətülislam vəl-müslimin Şeyx Əhməd Mərvi bundan öncə bir çox vəzifələrdə, o cümlədən İslam İnqilabının Ali Rəhbərin ofisində şöbə rəisi, “İstihlal” idarəsinin sədri vəzifələrində çalışıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hərət İmam Rzanın (ə) müqəddəs ziyarətgahının idarəçilik heyətinə yeni müdir təyin edilib
Maide.az "Leader.ir"ə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) məqbərəsinə höccətülislam Şeyx Əhməd Mərvini müdir təyin edib.
Höccətülislam Mərvi bundan öncə bir çox vəzifələrdə o cümlədən Ali Rəhbərin ofisində şöbə rəisi, “İstihlal” idarəsinin sədri vəzifələrində çalışıb.
Qeyd edək ki, bundan öncə bu vəzifədə hazırda İran Məhkəmə Sisteminin rəhbəri vəzifəsini daşıyan Seyid İbrahim Rəisi çalışırdı.
Xatırladaq ki, şiələrin 8-ci imamı Həzrəti-İmam Rza Məşhəddə dəfn olunub. Onun qəbrinin üstündə məqbərə tikilib. Hər il onun qəbrini ziyarət etməyə milyonlarla insan gedir.