IQNA

Çin dövləti Sincanda iki məscidi dağıtdı

8:39 - April 10, 2019
Xəbər sayı: 3484971
Sosial şəbəkə istifadəçiləri yazıb: Çin dövləti Sincan əyalətinin məscidlərini dağıdır. Bu məscidlərin məkanı peykdən çəkilmiş fotolardan bəllidir və bu dağıntıların doğru olduğunu təsdiqləyir.

Çin dövləti Sincanda iki məscidi dağıtdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "www.akhbaralaan.net" verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri Çin dövlətinin Sincan əyalətində Uyğur müsəlmanların iki məscidini dağıtdığı xəbərini yayıblar.

Sosial şəbəkə istifadəçiləri yazıb: Çin dövləti Sincan əyalətinin məscidlərini dağıdır. Bu məscidlərin məkanı peykdən çəkilmiş fotolardan bəllidir və bu dağıntıların doğru olduğunu təsdiqləyir.

Çin dövləti Sincan əyalətindəki "Keriya Aitika" və Kargilik məscidlərini dağıdıb.

"Google Earth" proqramı ilə əldə edilən məlumata əsasən, bu məscidlər 2018-ci ilin sonlarında dağıdılıb. Bu barədə "TerraServer" saytında daha aydın məlumat var.  

Bu barədə "The Guardian" qəzeti ətraflı məlumat yazıb. Qəzet Çin dövlətini "Dağıdıcı Dölvət" adlandıraraq yazır: Yerli məsulların verdiyi məlumata görə, Çin dövləti 2017-ci ildə müsəlmanların 800 məscidindən 200-dən çoxunu dağıdıb. 2018-ci ildə isə yerdə qalan 500 məscidi dağıdaraq müsəlmanların ibadət ocaqlarını məvh edib.

http://iqna.ir/fa/news/3802023  

Teqlər: iqna ، sincan ، məscid ، çin
captcha