IQNA

Bakıda ‘İntizar’ qəzəl müsabiqəsi təşkil olunacaq

23:32 - April 12, 2019
Xəbər sayı: 3484976
İmam Zamanın (ə.c) mübarək mövludu münasibətilə Bakıda "İntizar" qəzəl müsabiqəsi təşkil olunacaq. Müsabiqə İranın Mədəniyyət Əlaqələri Mərkəzinin və “Saqiye-Kövsər Birliyi" tərəfindən təşkil olunur. 
Bakıda ‘İntizar’ qəzəl müsabiqəsi təşkil olunacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, İmam Zamanın (ə.c) mübarək mövludu münasibətilə Bakıda "İntizar" qəzəl müsabiqəsi təşkil olunacaq. 
Müsabiqədə müxtəlif yaş qruplarından yeniyetmə və gənclər iştirak edəcək. Müsabiqə İmam Zamanın (ə.c) mövlud axşamı təşkil olunacaq. 
Müsabiqənin keçirilməsindən məqsəd gənc nəsilin çiçəklənməsi və İslami ədəbiyyat və mədəniyyətinin tanıdılmasıdır.
Qaliblərindən 10 nəfərə müxtəlif növ hədiyyələr  təqdim olunacaq. 
Qeyd edək ki, müsabiqə üçün nəzərdə tutulmuş şeirlər heç bir yerdə yayımlanmamış olmalıdır. 
Xatırladaq ki, müsabiqə İran İslam Respublikasının Bakıdakı səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Əlaqələri Mərkəzinin və “Saqiye-Kövsər Birliyi" tərəfindən təşkil olunur.
captcha