IQNA

Cənubi Afrika müsəlmanlarının ilk konfransı keçirildi

23:40 - April 28, 2019
Xəbər sayı: 3485051
Cənubi Afrika Respublikası müsəlmanlarının ilk konfransı (South Africa Black Muslim Confrence – SABMC) ölkənin ən böyük şəhəri olan Yohannesburq şəhərində Aprel ayının 19-dan 21-dək keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Afrika Respublikası müsəlmanlarının ilk konfransı (South Africa Black Muslim Confrence – SABMC) Aprel ayının 19-dan 21-dək keçirilib.

CAR-ın əhalisinə görə ən böyük şəhəri Yohannseburqda (Johannesburg) keçirilən üç günlük konfransda tayfa baçıları, müsəlman alimlər, müsəlmanlar şurasının rəisi, siyasi aktivistlər, universitet ustadları və tələbələr iştirak ediblər.

İran İslam Respublikasının Cənubi Afrika Respublikasının paytaxtı Pretoria şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə verdiyi məlumata əsasən, konfransın proqramlarında təkcə qaradərili müsəlmanlar iştirak edib.

Konfransın hədəfi Afrika müsəlmanlarının vəziyyətini və problemlərini müzakirə etmək, iqtisadi, mədəni və təhsili vəziyyətin yaxşılaşdırılması və həmçinin onların müxtəlif siyasi, iqtisadi və ictimai işlərdə fəallaşdırılması üçün mövcud imkanların araşdırılması və qaradərili müsəlmanların problemlərinin həllinə kömək olmaqdır.

http://iqna.ir/fa/news/3806998

captcha