IQNA

 Mədinədə yarım milyon nəfərlik Quran xətmi

12:32 - June 02, 2019
Xəbər sayı: 3485253
Mübarək Ramazan ayının son gecəsində Mədinə şəhərində yerləşən "Məscidun-Nəbi"də (Peyğəmbər məscidi) yarım milyon (500 min) nəfərlik Quran xətmi məclisi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının son gecəsində Mədinə şəhərində yerləşən "Məscidun-Nəbi"də (Peyğəmbər məscidi) yarım milyon (500 min) nəfərlik Quran xətmi məclisi keçiriləcək.

Məscidun-Nəbinin (s) məsullarının bu barədə verdiyi məlumata əsasən, hazırda məsciddə bu iş üçün hazırlıq işləri gedir.

Hərəmeyni-Şərifeynin (Mədinə və Məkkə) işləri üzrə ümumi əlaqələr şöbəsinin məsulu  Cəman Üsəyri bu barədə məlumat verərək deyib: Məscidun-Nəbi (s) Quran xətmi gecəsində yarım milyon nəfər namazqılanı qarşılamağa hazırdır. Məsciddə mühiti sərinlətmək üçün su səpən cihazlar hazır vəziyyətdədir, çox sayda yeni çıraqlar, yeni zontiklər və eskalatorlar quraşdırılıb, məscidin həyəti təmizlənib.

O əlavə edib: Məsciddə zəvvarla xidmət üçün beş min nəfərdən çox işçi qüvvəsi çalışır. Bu işçi qüvvəsi Ramazan ayının axırıncı gecəsində Quran xətmi məclisinin iştirakçılarına lazım olan məsələlərdə bələdçilik edəcəklər.

Qeyd edək ki, bu mərasimdə Qurani-Kərimin sonuncu cüzi qiraət ediləcək və daha sonra isə Quranın xətmi duası oxunacaq.    

http://iqna.ir/fa/news/3816523

captcha